AZ

Toya hazırlaşırdılar - Ayrıldılar

Bir müddət öncə memar sevgilisi Samet Vuruşandan evlilik təklifi alan türkiyəli aktrisa Rabia Soytürk ondan ayrılıb.

 

Sfera.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, toya hazırlaşan cütlük arasında dava-dalaş olub və onlar bir-birilərini sosial şəbəkə hesablarından izləmədən çıxarıblar.

 

İkilinin hansı səbəbdən ayrıldığı barədə məlumat verilməyib.

 

Rabia Soytürk “Duy beni”, “Benim adım Melek”, “Veda mektubu”, “Alparslan: Büyük Selçuklu”, “Gülperi” seriallarında rol alıb.

 

O, ən son “Kör nokta”da “Aslım Gencer” obrazına həyat verib, serial 4-cü bölümdə final edib.

 




Seçilən
3
2
sfera.az

3Mənbələr