İmişli rayonunun Boşcalılar kənd sakinləri arasında yaranan insidentin görüntüləri yayılıb.
Ekologiya.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, görüntülər kənd sakinləri arasında torpaq mübahisəsini əks etdirir.
“Tərəflər arasında yaranan insidentlə bağlı polis şöbəsində araşdırma aparılır”, – deyə açıqlamada bildirilib.
İmişli rayonunun Boşcalılar kəndində torpaq məsələsi ilə bağlı sakinlər arasında dava baş verib. Hadisə zamanı gərginlik artaraq fiziki toqquşmaya çevrilib.
Ekologiya.az xəbər verir ki, bu barədə baku.vs-in qaynar xəttinə məlumat verilib.
Kadrlarda bir neçə nəfərin münaqişəyə cəlb olunduğu və aralarında kəskin mübahisənin düşdüyü görünür.