Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
"ABŞ, AB və Fransa Gürcüstanda hakimiyyəti dəyişdirə bilmədikləri üçün bu qərara gəliblər. Digər yanda Qərb bilir ki, Gürcüstanda vətəndaş müharibəsi baş verərsə bu istənilən halda Cənubi Qafqazda regional savaşa çevrilmə ehtimalını alacaq. Vətəndaş müharibəsi arealını artıraraq növbəti silahlı münaqişəyə zəmin yarada bilər. Bunlar da ABŞ, AB, Fransa üçün uyğun variantdır. Məkrli üçlüyün Cənubi Qafqazda istinad nöqtələri tapması üçün savaşın çıxması vacib məsələdir. Buna görə də Fransanın ageneti olan Zurabişvili faktiki olaraq özünə verilən təlimatları yerinə yetirir".
Əfsanə Kamal
Demokrat.az