Bu fikirləri siyasi şərhçi Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:
"Nikol Paşinyan da öz sələflərinin etdiklərini edir. Cənab Prezidentin vurğuladığı bir məsələ var ki, Nikol Paşinyanın 2018, 2019, 2020-ci illərdə, müharibəyə qədərki ifadələrinə baxsaq görərik ki, o, Azərbaycanı müharibəyə təhrik edir, psixoloji basqı qurmağa çalışırdı. O, Azərbaycanın öz torpaqlarını işğaldan azad edə biləcəyini düşünmürdü. 44 günlük Vətən müharibəsində və sonrakı antiterror əməliyyatlarında gördük. Müharibə artıq 5 ilə yaxındır bitsə də, Ermənistan sülhə dair hələ də real addım atmayıb. Kiçik irəliləyişlər də Bakının konstruktiv addımlarının nəticəsidir. Azərbaycanın çağırışlarına rəğmən, Ermənistan hələ də bu çağırışlara əməl etmir və Nikol Paşinyan yalandan sülhdən danışır".
Zeynəb Rzayeva