AZ

ABŞ-dan Rusiyaya yeni sanksiya zərbəsi

ABŞ Rusiya şirkətlərinə və enerji sektoru ilə əlaqəli şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib.

 

Sfera.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, əsasən "Qazprom Neft", "Surgutneftegaz", "Zarubejneft" və onların törəmə şirkətləri məhdudiyyətlərə məruz qalıb.

 

Sanksiyalar həmçinin Rusiya Energetika Nazirliyinin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavinləri Roman Marşavin və Eduard Şeremetsev, habelə agentliyin əsas departamentlərinin direktorlarını əhatə edib.

 

“İnqosstrax” və “AlfaStrakhovanie” sığorta şirkətləri də "qara siyahı"ya düşüblər.

 

Sanksiya siyahısında Rusiya neftinin ticarətində şübhəli bilinən 183 neft tankerinin, bir sıra xarici şirkətlərin və şəxslərin də adı var.

Seçilən
46
50
sfera.az

10Mənbələr