AZ

Ramazan bayramında imkansız ailələrə yardım paketi paylanılacaq

Yazını böyüt
Yazını kiçilt

Pakistanın Pəncab vilayətinin yerli hökuməti müqəddəs Ramazan ayında milyonlarla ehtiyaclı ailələyə dəstək üçün “Nigahban Ramazan” paketi paylamaq qərarına gəlib.

Hafta.az-ın yazdığına görə, Pəncabın Baş Naziri Məryəm Nəvaz Şərif təşəbbüslə bağlı bir sıra təklif və tövsiyələri araşdırmaq üçün iclas keçirib.

Baş nazir vətəndaşlardan Ramazan paketi üçün qeydiyyatı fevralın 15-dək başa çatdırmağı xahiş edib. O, paketlərin paylanmasında şəffaflığın təmin edilməsi üçün də göstəriş verib.

Məryəm Nəvaz “Nigahban” paketinin imkansızların haqqı olduğunu bildirib və əlavə edib ki, onlara dəstək vermək də hökumətin üzərinə düşür.

“İctimaiyyət öz hüquqlarını ləyaqətlə qəbul etməli, insanlar paketi uzun növbələrə dayanaraq almamalıdırlar” deyən baş nazir vurğulayıb ki, rəhbərlik və aidiyyəti orqanlar onların işinə ibadət kimi baxmalıdırlar.

Paket üçün insanların Vilayət Sosial-İqtisadi Araşdırma Mərkəzində (PSER) qeydiyyatdan keçmələri məcburidir. Bunun üçün PSER onlayn portalına daxil olaraq və ya həmkarlar ittifaqı şuraları vasitəsilə onlayn qeydiyyat üçün müraciət edə bilərlər. Bununla bağlı qaynar xətt də yaradılıb.

Seçilən
12
50
hafta.az

10Mənbələr