AZ

Yuri Matias: "Rumıniya mətbuatına verdiyim müsahibəni görəndə təəccübləndim"

"Neftçi"nin müdafiəçisi Yuri Matias Rumıniya mətbuatına verdiyi müsahibəsindən danışıb.

O, paytaxt klubunun mətbuat xidmətinə açıqlama verib.

"Operativ Media" xəbər verir ki, Matias müsahibəsinin düzgün yazılmadığını bildirib.

“Rumıniya mətbuatına verdiyim müsahibəni görəndə təəccübləndim. Əslində, birinci dəfə deyil ki, sözlərimin düzgün yazılmaması ilə üzləşirəm. Bir növ öyrəşmişəm (gülür). Müsahibəmdə “Neftçi” ilə danışıb razılığa gəlməmişik və ya gələ bilməyəcəyik” deməmişəm. Sadəcə bildirmişəm ki, müqaviləmin sonuna 6 ay qalıb və yeni müqavilə ilə bağlı rəsmi heç nə yoxdur. Əlbəttə, mənim komandam “Neftçi”dir. Mən “Neftçi”nin futbolçusuyam, azarkeşlərimizi sevirəm. Müqaviləmin sonuna kimi, neçə il olursa olsun, sona qədər bu formanı şərəflə daşımağa hazıram”

Seçilən
22
3
operativmedia.az

6Mənbələr