AZ

Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ

Burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurova 3 gündən çoxdur ki, komada idi. Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən qadının beyninə çirk yayıldığı iddia olunur. 

Viral.az-ın əldə etdiyi məlumata görə, Nəzrin Mansurova bugün vəfat edib.

 Zərərçəkənin atası Aydın Abışzadə “Baku TV”yə açıqlama verib.

Son Yazılar:

Onun sözlərinə görə, qızının vəziyyəti sonradan pisləşib: “Həkim Sənan Mehdiyev qızımın əməliyyatını edib. Yanvarın 3-ü əməliyyat oldu, 1 gün sonra halı pisləşdi. Koma vəziyyətində xəstəxanaya gətirdik. Qızımın vəziyyəti pisləşən kimi həkimə zəng etdik, dedi ki, bu hal normaldır, düzələcək. Ancaq burun əməliyyatı çox pis fəsadlara səbəb olub. Qızım 3 gündür komadadır, ayılmır. Beyni artıq fəaliyyətini dayandırıb. Həkimlərin verdiyi rəyə görə, əməliyyat zamanı beyni zədələnib”. 

Əməliyyatı icra edən həkim Sənan Mehdiyevin yanaşması isə fərqlidir. Onun sözlərinə görə, əməliyyat zamanı heç bir problem olmayıb: “Xəstə kafi vəziyyətdə palataya yerləşdirilib. Ertəsi gün isə evə yola salınıb. Qeyd edim ki, xəstənin tomoqrafiya nəticələrinə görə, kəllə sümüklərində baş vermiş heç bir travmadan söhbət gedə bilməz”.

Qeyd edək ki, bu, cərrah S.Mehdiyevlə bağlı ilk hadisə deyil. 2015-ci ilin martında həmin həkimin əməliyyat etdiyi 18 yaşlı Leyla Mürsəlova klinikada vəfat etmişdi. Ailəsinin uzun müddət davam edən şikayətlərindən sonra hadisə araşdırıldı və S.Mehdiyev 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edildi. Lakin onun azadlıqdan məhrumetmə cəzası əvvəllər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzləndi və cəzası çəkilmiş hesab olundu.

Yusif EYVAZLI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Seçilən
23
25
viral.az

10Mənbələr