Zelenski italiyalı həmkarı ilə görüşüb
İtaliya Prezidenti Sercio Mattarella Romada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Görüş zamanı Sercio Mattarella İtaliyanın Ukraynaya tam, dəyişməz və daimi dəstəyini yeniləyib, ədalətli sülhün vacibliyini qeyd edib.
Volodimir Zelenski isə Sercio Mattarella ilə müsbət görüş keçirdiyini və onu Ukraynaya dəvət etdiyini bildirib.
Ukrayna Prezidenti Romaya səfəri çərçivəsində ötən gün İtaliyanın Baş naziri Ciorcia Meloni ilə görüşmüşdü.
www.anews.az