AZ

"Clima Service" işçi axtarır - MAAŞ 1500-1700 MANAT - VAKANSİYA

Clima Service

Baş mühasib

Son tarix 10 fev 2025 - [email protected]

İşin təsviri:

  •  Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir;
  • Vergi, DSMF, statistik hesabatların hazırlanması və təqdim olunması
  • Gündəlik mühasibat əməliyyatlarının həyata keçirilməsi
  • Büdcənin planlanması və nəzarət
  • Audit və maliyyə yoxlamaları ilə işin koordinasiyası
  • Vergi orqanları ilə yazışmaları aparacaq, e-qaimələrin vaxtında və düzgün təqdim olunmasını təmin edir;
  • Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət etmək;
  • Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
  • Kreditor və debitor hesablarının dəqiq qeydiyyatını aparmaq, üzləşmələrin vaxtında və düzgün aparılmasını təmin etmək;
  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilməsi;
  • Əmək haqqının, məzuniyyət və xəstəlik vərəqəsi üzrə ödənişlərin hesablanması, portalda işlənməsi;
  • Daxili mühasibatlıq sistemində köçürmələrin idarə edilməsi;
  • Yük Gömrük Bəyannaməsi ilə bağlı əməliyyatlar.

Namizədə tələblər:

  • Cins: Qadın
  • Ali Təhsil - mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə .
  • Vergi qanunvericiliyi və Mühasibat uçotunun milli və beynəlxalq standartları və təcrübəyə malik olmaq.
  • Mühasibatlıq sahəsində ən azı 3 il iş təcrübəsi.
  • Peşəkar mühasib sertifikatı olan namizədlərə üstünlük veriləcək.
  • Azərbaycan dili - əla səviyyədə, rus və ingilis dilləri - yaxşı səviyyədə bilən namizədlərə üstünlük veriləcək.
  • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti.
  • Komanda ilə işləmə bacarığının olması.
  • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq.
  • ERP proqramlarında təcrübəli olanlara üstünlük veriləcəkdir.

Əməkhaqqı: 1500-1700 AZN (NET)

İş qrafiki: 6 günlük iş həftəsi. (6-cı gün yarım iş günü)

Maraqlanan namizədlər mövzu yerində “Baş Mühasib” yazmaqla öz CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. Mövzu olmayan müraciətlər nəzərdən keçirilməyəcəklər. Yalnız uğurlu namizədlər mühasibəyə dəvət olunacaqlar

Seçilən
22
fed.az

1Mənbələr