Türkiyənin "Anadolu" xəbər agentliyinin ştatdankənar operatoru Səid Əbu Nehban Qəzza zolağında aldığı güllə yarasından ölüb.
Senzor.az bildirir ki, hadisə fələstinli qaçqınlar üçün yaradılmış Əsgər Əl-Cədid düşərgəsinin ərazisində baş verib.
Əbu Nehban düşərgədə yaralının xərəkdə aparıldığı yerdə çəkiliş edirmiş.
Bu vaxt İsrail hərbçiləri çoxlu jurnalistin olduğu düşərgəni mühasirəyə alıblar.
"Anadolu"nun yaydığı kadrlarda operatorun digər insanlarla birlikdə düşərgənin küçələrindən biri ilə qaçdığı, sonra isə qəfil hərəkətsiz yerə yıxıldığı görünür. Qaçanlardan biri onu ayağa qaldırmağa çalışsa da, sonra xəsarət almaqdan qorxaraq hadisə yerindən uzaqlaşıb.
Qeyd edək ki, Əbu Nehbanın ölümü ilə 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında ölən jurnalistlərin sayı 203-ə çatıb.