AZ

Türkiyəli atıcı Yusuf Dikeç ilə müsahibənin QİYMƏTİ TƏƏCCÜBLƏNDİRDİ

"Paris-2024 Yay Olimpiya Oyunlarında atıcılıq yarışlarında hədəfi əli cibində nişan alaraq məşhurlaşan türk atıcı Yusuf Dikeç müsahibə üçün 30 min avro tələb edib".   Manset.az-ın xəbərinə görə, bu barədə Fransanın "L"equipe" qəzeti yazıb. "Yusuf çox məşğuldur, artıq 2028-ci il Oyunlarına hazırlaşır. Təbii ki, orada qızıl üçün mübarizə aparacaq. Müsahibə vermək ona maraqlı deyil", - Dikeçin nümayəndəsi Mehmet Ali Akgül bildirib.

Həmçinin 52 yaşlı türkdən müsahibə almaq istəyən hər kəs bir sıra şərtləri yerinə yetirməli olacaq: yalnız idman haqqında danışmaq, müsahibəni dərc etməmişdən əvvəl təkrar oxumaq və fotosunu paylaşmaq hüququnu idmançıya həvalə etmək.

Seçilən
29
5
manset.az

10Mənbələr