AZ

Belçika Rusiya maye qazının daşıma xidmətlərini qadağan edəcək

Bakı. Trend:

Belçika Nazirlər Şurası Rusiya maye qazının daşınması ilə bağlıməhdudlaşdırıcı tədbirlər haqqında fərman layihəsinitəsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə federal hökumətinin mətbuatxidməti bildirib.

"Təsdiqlənmiş kral fərmanı layihəsi Aİ-nin 2024/1745 saylıQaydasında müəyyən edilmiş qadağalara əməl olunmasını təmin etməküçün bir sıra öhdəliklər və nəzarət mexanizmlərini nəzərdə tutur",- deyə bildirilib.

Məlumata əsasən, bu cür qadağalara Rusiya mənşəli və yaRusiyadan ixrac edilən maye qazın daşınması üçün Avropa İttifaqıərazisində xidmətlərin göstərilməsi daxildir.

Həmçinin yuxarıda göstərilən qadağalarla əlaqədar birbaşa və yadolayısı ilə texniki yardım, broker xidmətləri, maliyyələşdirmə vəya maliyyə yardımı göstərmək qadağandır.

Seçilən
24
1
az.trend.az

2Mənbələr