Özbəkistanda rusiyalı jurnalist İnessa Papernaya və daha iki nəfərin oteldə ölümü ilə bağlı 4 nəfər həbs edilib.
Viral.az xəbər verir ki, 47 yaşlı jurnalist və digərlərinin Daşkənddə yerləşən “Karaman Palace Hotel”ində dəm qazından boğularaq öldüyü məlum olub.
Açılan cinayət işi çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları otelin sahibini, istilik qazanxanasının iki satıcısını və onu quraşdıran santexnikı saxlayıblar. Oteldə fəaliyyət göstərən qazanxananın köhnəldiyi və qayda pozuntuları ilə quraşdırıldığı müəyyən edilib.
Son Yazılar:
- Jurnalistin ölümü ilə bağlı 4 nəfər həbs EDİLDİ
- Putin haqqında film ÇƏKİLİR
- Şəkərsiz 14 gün: Orqanizmə inanılmaz təsirləri…
Qeyd edək ki, 2024-cü il oktyabrın 22-də rusiyalı jurnalist İnessa Papernaya və yoldaşının Daşkənddəki hoteldə meyiti tapılmışdı. Onlar Özbəkistana tətilə getmişdilər (bizim.media).
Bir cavab yazın