AZ

Yaponiyanın XİN başçısı Donald Trampın andiçmə mərasimində iştirak edəcək

Yaponiyanın xarici işlər naziri Takesi İvaya ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində iştirak edəcək.

“Report” xəbər verir ki, bu barədə yanvarın 10-da “Reuters” agentliyi məlumat yayıb.

İvaya ABŞ Prezidentinin andiçmə mərasimində iştirak edəcək Yaponiya Nazirlər Kabinetinin ilk üzvü olacaq.

İnauqurasiya ərəfəsində xarici işlər nazirlərinin görüşlərinin keçiriləcəyi gözlənilir. Rəsmi Tokionun həmçinin İvaya ilə Trampın dövlət katibi vəzifəsinə namizədi senator Marko Rubio arasında görüşü yekunlaşdırdığı bildirilir.

Seçilən
15
50
report.az

10Mənbələr