![Image](https://baki-xeber.com/uploads/posts/2025-01/209265_mqy8nlzsr8.webp)
"Əl-Şəbab" Fatih Terimin baş məşqçiliyi altında Səudiyyə Ərəbistanı çempionatında ilk oyununu keçirib. Komanda 14-cü tur çərçivəsində səfərdə "Əl-Əhli"nin qonağı olub. F.Terimin kollektivi meydanı 2:3 hesablı məğlubiyyətlə tərk edib. Bununla da türkiyəli mütəxəssisin Səudiyyə Ərəbistanı çempionatındakı debütu uğursuz alınıb.
2:3 hesablı məğlubiyyətdən sonra 23 xalda qalan "Əl-Şəbab" turnir cədvəlində altıncı yeri tutur.
Mətləb