2022-2023-cü illərdə İspaniya Avropa İttifaqı daxilində Rusiyanın mayeləşdirilmiş təbii qazının (MTQ) əsas alıcısı olub.
Rusiya 2024-cü ilin yanvar-dekabr aylarında İspaniyaya mayeləşdirilmiş təbii qazın (MTQ) ikinci əsas təchizatçısı olub.
"Operativ Media" xəbər verir ki, bu barədə İspaniyanın enerji şirkəti Enagas məlumat yayıb.
Belə ki, 2024-cü ildə İspaniya Rusiyadan 72,360 GWh həcmində MTQ alıb ki, bu da ümumi həcmin 21.3 faizini təşkil edib. Bu nəticəyə əsasən, Rusiya, Əlcəzairdən sonra bu dövr ərzində ölkəyə MTQ təchizatında ikinci ən böyük təchizatçı olub.
2023-cü li ərzində isə Rusiya İspaniyaya qaz tədarükündə üçüncü ən böyük təchizatçı olub.