AZ

Səhhəti pisləşən sürücünün törətdiyi qəzada bir nəfər həyatını itirdi

Bakı. Trend:

Səhhəti pisləşən sürücünün törətdiyi qəzada bir nəfər həyatınıitirdi.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənməlumat verilib.

"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, hələdə səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükanarxasına əyləşən, hətta sərnişindaşıma fəaliyyəti göstərənsürücülərə rast gəlinir.

Səhhətində problemlər olduğunu bildiyi halda qeyri-müntəzəmsərnişindaşıma fəaliyyəti ilə məşğul olan Fail Nemətov idarə etdiyi“Mercedes Vito” markalı avtomobillə Ələt-Astara yolunun Salyanrayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən səhhətininpisləşməsi səbəbindən idarəetməni itirərək qarşıda gedən yükavtomobili ilə toqquşub", - DİN-dən bildirilib.

Qeyd edilib ki, qəzada xəsarətlər alan sürücü və sərnişini –Lənkəran rayon sakini Hüseynağa Kərimov xəstəxanaya çatdırılsa da,sonuncunun həyatını xilas etmək mümkün olmayıb:

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha səhhətində ciddiproblemlər olan sürücülərə müraciət edərək onları yaşanmış acıtəcrübədən düzgün nəticə çıxarmağa, özlərinin və digər yol hərəkətiştirakçılarının həyat və sağlamlığına biganə yanaşmamağaçağırır!".

Seçilən
6
23
az.trend.az

10Mənbələr