Bəli, Azərbaycan uzun illərdir ki, heç kimin işinə qarışmadan, öz fəaliyyəti, öz sərmayəsi və beynəlxalq arenada doğru fəaliyyət proqramı ilə çıxış edir.
Bu müstəsna fəaliyyət Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin düzgün istiqamətlənmiş siyasəti, yüksək diplomatic xidmətlərinin nəticəsidir. Ölkə başçısının Liderliyi, Azərbaycanın qüdrətlənməsi naminə müstəsna xidmətləri sayəsində doğru hədəflər, düzgün dövlət preoriteti, vaxtında müəyyənləşdirilən istiqamətlər zirvəsində bu gün Azərbaycanımız güclü ölkə, yüksək təsir qüvvəsinə malik ölkə olaraq tanınır. Azərbaycan Cənubi Qafqazın və regionun söz sahibidir. Ölkə rəhbərinin qeyd etdiyi kimi yeni nəqliyyat və energetika xəritəsi Azərbaycana məxsusdur. Onun əvəzolunmazlığı, həm də Orta Asiya və Qərb dünyasını birləşdirən, bu iki qütbün qovuşmasını təmin etməyə qadirliyinin yüksək nəticəsidir.
Bəli, cənab Prezidentin vurğuladığı kimi: “Bağlantılar yaratmaq istəyən Azərbaycandan yan keçə bilməz. Müstəqil siyasət aparmaq iqtidarında olan ölkələr çox deyil. Ona görə bizim bu sahədəki siyasətimiz haqlı olaraq bizə rəğbəti daha da artırır və mən əminəm ki, yeni dünya nizamı tam formalaşma prosesinə düşəndə, o cümlədən Azərbaycanın mövqeyi də nəzərə alınacaq, ən azı Cənubi Qafqazda və Xəzər hövzəsində və biz buna hazır olmalıyıq”.
Göründüyü kimi bu günlərdə ötən ilin yekunları barədə yerli televiziyalara ənənəvi müsahibəsini verən cənab Prezident, həm də qarşıda duran hədəflərin nədən ibarət olduğunu açıqladı. Sözügedən müsahibədə Ölkə başçısı eyni zamanda olduqca mühüm siyasi açıqlamaları, dünya gündəminə mesajları ilə yadda qaldı və 2025-ci il üçün dövlətin hədəfləri, preoritet istiqamətləri, yeni dünya nizamının formalaşması prosesinə verə biləcəyi töhfələrə daha gur işıq saldı.
Esmira Məmmədzadə;
Neftçala rayonu