İsrail ordusu, Qəzza zolağında yaşanan dəhşətli hadisələri dünyaya çatdırmaq üçün həyatlarını riskə atan fələstinli jurnalistləri birbaşa və sistemli şəkildə hədəf almağa davam edir. Qəzza zolağının Nusairat bölgəsindəki Əl-Cədid qaçqınlar düşərgəsində çox sayda jurnalistin yerləşdiyi ərazini mühasirəyə alan İsrail əsgərləri, Anadolu Agentliyinin ştatdankənar operatoru Əbu Nəbhanı hədəf alıb.
Qeyd edək ki, İsrail ordusu 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlar zamanı ümumilikdə 203 jurnalisti öldürüb.