AZ

"Rosaviasiya": Kazan, Nijnekamsk və Ulyanovsk aeroportları fəaliyyətini bərpa edib - Yenilənib

Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün Kazan, Nijnekamsk və Ulyanovsk aeroportlarının fəaliyyətinə qoyulan müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb...

Bu barədə “Report” "Rosaviasiya"ya istinadən xəbər verir.

“Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarında Moskva vaxtı ilə 08:30-da (Bakı vaxtı ilə 09:30) təyyarələrin qəbuluna və uçuşuna qoyulan məhdudiyyətlər aradan qaldırılıb”, - idarənin teleqram kanalında bildirilib.

Məhdudiyyətlərin qüvvədə olduğu müddətdə Kazana uçan iki təyyarə Ufa ehtiyat aerodromunda eniş edib.

***

Uçuş təhlükəsizliyini təmin etmək üçün Rusiyanın Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyətində müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

APA Rusiya mediasına istinadən xəbər verir ki, adıçəkilən hava limanları reysləri müvəqqəti olaraq qəbul etməyəcəklər.

Poliqon.info

Seçilən
6
3
poliqon.info

10Mənbələr