Ağsuda polisin vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə həyata keçirdiyi profilaktik tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı daha 10 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta