Yanvarın 10-u Bakı şəhəri, Əhmədli qəsəbəsində bir neçə nəfərin iştirakı ilə əlbəyaxa dava olub.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə görüntülər sosial mediada yayılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda sözügedən hadisə barəsində araşdırma aparılır:
"Görüntülərdən məlumatlıyıq. İnsidentdə iştirak edən şəxslərin müəyyən edilməsi istiqamətində hazırda araşdırma aparılır".