AZ

Con Kirbi: ''Türkiyənin narahatlıqlarını başa düşürük''

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Türkiyənin Suriyanın şimalı ilə bağlı təhlükəsizlik narahatlıqlarını başa düştüklərini bildirib. Con Kirbi telekonfrans vasitəsilə keçirdiyi mətbuat konfransında Suriyadakı vəziyyəti qiymətləndirib.

Ağ Evin rəsmisi Suriyadakı mövcudluqlarının əsas səbəbinin DEAŞ-la mübarizə olduğunu ifadə edərək Türkiyə ilə PKK/YPG mövzusundakı danışıqların davam etdiyini qeyd edib. Rəsmi Vaşinqton ilə Ankara arasında Suriya ilə bağlı aparılan danışıqları qiymətləndirən Con Kirbi Türkiyənin Suriyanın şimalı ilə bağlı təhlükəsizlik narahatlıqlarını anladıqlarını vurğulayıb. O, "Türkiyənin narahatlıqlarını başa düşürük. Açığını desəm, Türkiyənin narahatlığı əsassız narahatlıqlar deyil", – deyə əlavə edib.

SDG adından istifadə edən terror təşkilatı PKK/YPG ilə yalnız DEAŞ-la mübarizə çərçivəsində əməkdaşlıq etdiklərini bildirən Con Kirbi, "Niyə Suriyada olduğumuzu bir daha təkrar etmək istərdim. DEAŞ-a qarşı koalisiyanın bir parçası olduğumuz üçün oradayıq. DEAŞ məğlub olsa da, hələ də aktiv təhdid olaraq qalır. Buna görə də əsgərlərimiz SDQ ilə əməkdaşlıq edir" – deyə qeyd edib.



Seçilən
14
11
trt.net.tr

10Mənbələr