Məntəqələrə müəyyən səbəblərdən gələ bilməyən şəxslər üçün səyyar seçki qutuları təşkil ediləcək.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, bu, Seçki Məcəlləsinin tələbidir:
"Bundan başqa, hərəkət qabiliyyəti məhdud vətəndaşlar panduslar vasitəsilə də seçki məntəqəsinə gətirilərək səsvermə prosesində iştirak edə biləcəklər".
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 29-da keçiriləcək.
"Cebheinfo.az"