“Qarabağ”ın hücumçusu Olavio Juninyonun karyerasını Braziliyada davam etdirəcəyi dəqiqləşib.
Msport.az Braziliya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun “Flamenqo”ya keçidi baş tutur.
Ağdam klubu hücumçunun tranferinə “hə” deyib. “Flamenqo” Juninyo üçün 5 milyon avro ödəyəcək. Cənubi Amerika təmsilçisi hücumçunun özü ilə müqavilənin detallarını razılaşdırdıqdan və tibbi müayinədən sonra müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, bunadək “Sevilya”ya keçməyə yaxın olan Juninyo klublar arasında razılıq əldə olunduqdan sonra fikrindən dönmüşdü.