Birləşmiş Ştatlar Venesuela Prezidenti Nikolas Maduronun tutulması və ya həbsi ilə bağlı məlumat üçün əvvəllər təklif etdiyi mükafatı 25 milyon dollara qədər artırıb.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ-nin strateji kommunikasiyalar üzrə milli təhlükəsizlik koordinatoru Con Kirbi keçirdiyi mətbuat konfransında Venesuelaya qarşı yeni sanksiyaları açıqlayıb.
Kirbi ABŞ-nin 2020-ci ildə Venesuela Prezidenti Maduronun tutulmasına və ya həbsinə səbəb olan məlumat üçün 15 milyon dollar mükafatı 25 milyon dollara yüksəltdiyini açıqlayıb.
2024-cü il iyulun 28-də Venesuelada keçirilən prezident seçkilərində 52 faiz səslə üçüncü dəfə qalib gələn Nikolas Maduro yeni vəzifəsi üçün and içib.
Maduro mərasimdəki çıxışında deyib ki, “Mən Venesuelanın tarixi, nəcib və cəsur xalqı və bu Konstitusiya qarşısında and içirəm ki, onun bütün əmrlərini yerinə yetirəcəyəm və yeni sülh, firavanlıq və yeni demokratiya erasına başlayacağam. Bu yeni prezidentlik dövrü sülh, rifah, bərabərlik və yeni demokratiya dövrüdür".