Milli.Az "MedicalXpress" saytına istinadla xəbər verir ki, lifin həzmi zamanı bağırsaq mikrobiomu tərəfindən istehsal olunan propionat və butirat, hüceyrələrdə genetik səviyyədə apoptoz (hüceyrə ölümü), hüceyrə proliferasiyası və diferensiasiyası kimi prosesləri tənzimləyən genlərə epigenetik təsir göstərir. Bu proseslər nəzarətsiz hüceyrə artımını dayandırmaq və xərçəngin qarşısını almaq üçün həyati əhəmiyyət daşıyır. Araşdırma göstərib ki, bu yağ turşuları bağırsaqdan qan dövranına daxil olaraq bədənin müxtəlif hissələrində təsir göstərə bilər. Bu, liflə zəngin qidalanmanın sağlamlıq üçün universal əhəmiyyətini sübut edir.
Tədqiqatın rəhbəri, genetika üzrə professor Michael Snyder müasir insanların lifdən kasad pəhrizinin mikrobiomu zəiflədiyini və bunun qısa zəncirli yağ turşularının istehsalını azaltdığını vurğulayıb. Bu hal, sağlamlığın qorunması üçün zəruri olan biokimyəvi prosesləri zəiflədir. Kolon xərçənginin gənc nəsildə artan yayılma hallarını nəzərə alaraq, bu tədqiqat liflə zəngin pəhrizin xərçəng əleyhinə təsirlərini daha dərindən öyrənmək üçün yeni istiqamətlər təqdim edir. M.Snyder əlavə edib ki, bu molekulların genetik hədəflərini anlamaqla lifin orqanizmdəki müsbət təsirlərini və xərçəng zamanı hansı mexanizmlərin pozulduğunu daha dəqiq müəyyən etmək olar.
9Mənbələr
-
day.azLiflə zəngin qidalar xərçəngin qarşısını almağa kömək edə bilər ( 14732429)
-
Doktorm.azLiflə zəngin qidalar xərçəngin qarşısını almağa kömək edə bilər ( 14729745)
-
news24.azLiflə zəngin qidalar xərçəngin qarşısını almağa kömək edə bilər ( 14727549)
-
demokrat.azLiflə zəngin qidalar xərçəngin qarşısını almağa kömək edə bilər ( 14722535)
-
azedu.azLiflə zəngin qidalar xərçəngin qarşısını almağa kömək edə bilər – Tədqiqat ( 14720797)
-
moderator.azLiflə zəngin qidalar xərçəngin qarşısını almağa kömək edə bilər ( 14720691)
-
milli.azLiflə zəngin qidalar xərçəngin qarşısını almağa kömək edə bilər ( 14720471)
-
xezerxeber.azLiflə zəngin qidalar xərçəngin qarşısını almağa kömək edə bilər TƏDQİQAT ( 14718975)
-
azertag.azLiflə zəngin qidalar xərçəngin qarşısını almağa kömək edə bilər – Tədqiqat ( 14717017)