AZ

Qaxda dələduzluq: 25 baş heyvanı ələ keçirən şəxs saxlanıldı

Qaxda dələduzluq etməkdə şübhəli bilinən 36 yaşlı İsmayıl Süleymanov saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, o, zərərçəkənin etibarından sui-istifadə edərək həmin şəxsə məxsus 25 baş iribuynuzlu heyvanı ələ keçirib və pulunu ödəyəcəyi ilə bağlı yalan vədlər verib.

Süleymanov vətəndaşa 26 min manat maddi ziyan vurub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Seçilən
12
10
yenisabah.az

10Mənbələr