AZ

Dərmandan zəhərləndi, 1 həftə sonra öldü

Masallıda 30 yaşlı qadın dərman zəhərlənməsindən ölüb.

Demokrat.az-ın məlumatına görə, ölüm faktı rayonun mərkəzi xəstəxanasında qeydə alınıb.

Mərhum Dünya Ağayeva yanvarın 4-də dərmandan zəhərlənmə diaqnozu ilə reanimasiyaya yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq, Dünyanın həyatını xilas etmək olmayıb.

Masallı Rayon Prokurorluğu hadisənin baş vermə səbəbini araşdırır.

Seçilən
5
3
demokrat.az

4Mənbələr