“Şamaxı” futbolçusu Zahid Mərdanovla yollarını ayırıb.
Msport.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Zahid Mərdanov 2023-cü ilin yanvarından komandada çıxış edirdi.