AZ

Siyəzəndə heyvan oğurluğunda şübhəli bilinən iki nəfər saxlanıldı

Siyəzəndə polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində 12 baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən Murad Muradov və Yavər Umudov saxlanılıblar.

 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan Senzor.az-a verilən məlumata görə, keçirilən digər əməliyyat nəticəsində Azay Qurbanov və tanışı Vüsal Qurbanov da saxlanılıblar. Araşdırmalarla onların müxtəlif vaxtlarda rayon ərazisində “Man” markalı yük avtomobillərindən akkumulyator və bir evdən oğurluq etdikləri müəyyən olunub.

 

Faktlarla bağlı Siyəzən Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb. 

 

Araşdırmalar davam etdirilir.

 

Seçilən
64
28
senzor.az

10Mənbələr