Panama prezidenti Xose Raul Mulino Donald Trampın ölkəsinə qarşı ritorikasını davam etdirəcəyi təqdirdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) müraciət edəcək.
Publika.az xəbər verir ki, Panamanın keçmiş lideri Ernesto Balladares bildirib ki, hazırkı ölkə lideri Xose Raul Mulino şəxsi söhbətində Donald Trampın andiçmə mərasimindən sonra təhdidlərini davam etdirəcəyi təqdirdə bu məsələni BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxaracağını diqqətə çatdırıb.
Balladares qeyd edib ki, Panama liderinin başqa mümkün hərəkətlərdən bəhs etməyib:
“Trampın açıqlamalarından Panamada hamı kimi mən də təəccübləndim”.