AZ

DEM Partiyasının heyəti Dəmirtaşla görüşdü

Dekabrın 28-də PKK lideri Abdullah Öcalanı ziyarət etdikdən sonra siyasi partiyalarla əlaqə saxlayan DEM Partiyasının heyəti bu gün saat 13:00-da Ədirnə həbsxanasında saxlanılan Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəttin Dəmirtaş görüşüb.

"Cebheinfo.az" xəbər verir ki, Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının çağırışı ilə başlayan proses DEM Partiyası heyətinin 4,5 illik fasilədən sonra İmralıda PKK lideri Abdullah Öcalanla görüşü ilə davam edib.

İmralı səfərindən sonra Türkiyə Böyük Millət Məclisi turuna çıxan heyət siyasi partiyalarla görüşüb, mövzu ilə bağlı təmaslar qurub.

DEM Partiyasının sədr müavini Sırrı Süreyya Öndər, Van millət vəkili Pervin Buldan və müvəkkili ilə əvəzlənən Mardin Böyük Şəhər Bələdiyyəsinin keçmiş sədri Əhməd Türkdən ibarət nümayəndə heyəti Ədirnə həbsxanasında saxlanılan Səlahəddin Dəmirtaşla görüşüblər. 

Görüş saat 13:00-da başlayıb.

DEM Partiyasının nümayəndə heyətinin Dəmirtaşla görüşündən sonra açıqlama verməyəcəyi bildirilib.

Qeyd edək ki, 2016-cı ildən həbsdə olan Dəmirtaş 6-8 oktyabr 2014-cü il tarixlərində baş verən küçə etirazları ilə bağlı işdə 42 il həbs cəzası alıb.

DEM Partiyasının nümayəndə heyəti Dəmirtaşa səfərinin ardından bazar günü Kocaeli Kandıra Həbsxanasında saxlanılan Figen Yüksekdağ ilə görüşəcək. Görüşün saat 13:00-da baş tutması planlaşdırılır.

Həmçinin təmaslarını başa vurduqdan sonra DEM Partiyasının nümayəndə heyətinin İmralıya ikinci səfəri də gözlənilir.

Seçilən
22
cebheinfo.az

1Mənbələr