AZ

Ermənistan ATƏT-ə müraciət edəcək

Ermənistan Minsk qrupunun buraxılması məsələsi ilə əlaqədar rəsmi qaydada ATƏT-ə müraciət etməyi nəzərdən keçirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasarynan öz sosial şəkəbə səhifəsində yazıb.

“Bir sıra KİV-in suallarına cavab olaraq bildirirəm ki, Ermənistan Respublikası MQ-nun buraxılması üçün ATƏT-ə müraciət etmək ehtimalını nəzərdən keçirir”,- deyə o bildirib.

O qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bunu “sülh sazişi bağlamaqla təsdiq etməyə hazırdır”.

Seçilən
9
8
bakivaxti.az

9Mənbələr