Milli Məclisin depuatı Vasif Qafarov Lerik rayonunun Livədirqə kəndində səyyar qəbul keçirib.
XALQ.AZ məlumat veri ki, millət vəkili 11 yanvar 2025-ci il tarixində Lerik rayonunun Livədirqə kəndində səyyar qəbul keçirilib. Qəbulda Livədirqə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Livədirqə, Əvilə, Mastail, Murya, Nüsomurya, Qədimkücə, Yuxarı Bilnə kəndlərinin sakinləri iştirak edib.
Görüşdə sakinlər elektrik təsərrüfatının yenilənməsi, kəndlərarası yolların təmiri, tibb məntəqəsinin tikintisi, səhiyyə sahəsində kadr çatışmazlığı, işsizlik və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndiriblər. Kənd sakinlərinin problem və təklifləri dinlənilib, onları narahat edən problemlərin həlli ilə bağlı qanunvericiliyə uyğun müvafiq strukturlar qarşısında məsələ qaldırılacağı vətəndaşların nəzərinə çatdırılıb.