Times qəzetinin məlumatına görə, Böyük Britaniyada hər gün təxirəsalınan tibbi yardım səbəbindən təxminən 50 nəfər həyatını itirir. Nəşr, aparılmış analizə istinad edərək, təxirəsalınan tibbi xidmətlərin nəticəsində hər gün bu qədər ölümün baş verdiyini bildirir.Britaniyanın iri xəstəxanaları, qış dövründə qrip və digər viral xəstəliklərdən əziyyət çəkən xəstələrin sayının artması ilə bağlı çətinliklərlə üzləşir. Bəzi hallarda təcili tibbi yardım bölmələrində gözləmə müddəti 50 saata qədər uzanır. 2024-cü ilin dekabrında isə təxminən 167 min xəstə 12 saatdan çox gözləyib.Eyni zamanda, tibbi xidmətlərdəki gecikmələr nəticəsində 2024-cü ildə əlavə olaraq 16 min ölüm qeydə alınıb. Böyük Britaniya Milli Səhiyyə Xidmətinin (NHS) nümayəndələri ötən ilin oktyabrında yerli təcili yardım həkimlərinə “at və get” sxemini tətbiq etməyi tövsiyə ediblər. Bu sxem, həkimlərin xəstələri xəstəxana koridorlarına qoyaraq, infarkt, insult və digər ciddi sağlamlıq problemləri yaşayan xəstələrə daha çox diqqət ayırmalarını nəzərdə tutur.Səidə Mustafa
Diqqət Çəkənlər
Polis Sabunçu rayonunda quldurluq etməkdə şübhəli bilinən iki nəfəri saxlayıb
Nikolas Maduro üçüncü dəfə Venesuelanın dövlət başçısı vəzifəsinə təstiq edilib
Birol Akgün Türkiyənin Azərbaycandakı yeni səfiri təyin edilib