Hacıqabul rayonunda minik avtomobilinin piyadanı vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.