AZ

Almaniya kansleri yenə qadın ola bilər

Almaniya üçün Alternativ Partiyasının (AfD) həmsədri və parlament fraksiyasının rəhbəri Alis Vaydel partiyanın Kansler vəzifəsinə namizədi seçilib.

Publika.az yerli mediaya istinadla xəbər verir ki, Saksoniyanın Riesa şəhərində keçirilən partiya qurultayında iştirak edən 600-dək nümayəndə yekdilliklə A.Vaydelə səs verib.

İqtisadiyyat sahəsində doktorantura təhsili almış 45 yaşlı A.Vaydel ailəsi ilə İsveçrədə yaşayır. O, çıxışlarında Almaniyanın daxili təhlükəsizliyinin miqrasiya nəticəsində iflasa uğradığını, iqtidara gələcəyi təqdirdə atom elektrik stansiyalarının fəaliyyətinin bərpa ediləcəyini vurğulayır.

Seçilən
27
5
publika.az

6Mənbələr