AZ

Amerika şirkətləri Rusiyada 1,2 milyard dollar ödəyib

Rusiya bazarında fəaliyyətini davam etdirən Amerika şirkətləri Rusiya büdcəsinə 1 milyard dollardan çox vergi ödəyib.

Newsweek-in B4Ukraine qrupunun və Kiyev İqtisadiyyat Məktəbinin (KSE) İnstitutunun məlumatlarına istinadən verdiyi məlumata görə, 2023-cü ildə Amerika şirkətlərinin ödədiyi gəlir vergisinin ümumi məbləği 1,2 milyard dollar təşkil edib.


2021-ci ildə, Ukraynadakı müharibədən əvvəl Rusiyadakı Amerika bizneslərindən alınan vergilərin məbləği 915,7 milyon dollar olub. Gəlir 2023-cü ildəki 30,5 milyard dollardan 50 milyard dollar yüksək olub. 2023-cü ilin sonunda ABŞ Rusiya büdcəsinə ən böyük xarici vergi ödəyicisi oldu.

Rusiya büdcəsinə vergi ödəyən ən böyük Amerika şirkətlərinin onluğuna aşağıdakılar daxildir: Filip Morris – 220 milyon dollar; PepsiCo — 135 milyon dollar; Mars - 99 milyon dollar; Procter & Gamble — 67 milyon dollar; Mondelez — 62 milyon dollar; Citigroup - 53 milyon dollar; Cargill - 50 milyon dollar; Johnson & Johnson — 42 milyon dollar; Coca-Cola Hellenic — 34 milyon dollar; Weatherford - 32 milyon dollar.

ABŞ-ın Rusiyadakı keçmiş səfiri və Stenford Universitetinin professoru Maykl Makfol Newsweek jurnalına verdiyi şərhdə Rusiyada fəaliyyətini davam etdirən şirkətlərin hərəkətlərini əxlaqsızlıq adlandırıb.

Nigar

Seçilən
12
50
oxu24.com

10Mənbələr