Kürdəmirdə yol- nəqliyyat hadisəsi olub, ölən və xəsarət alan var.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Ağsu-İmişli-Kürdəmir avtomobil yolunun rayonun Sorsor kəndindən keçən hissəsində baş verib.
İki minik maşınının toqquşması nəticəsində Kürdəmir rayon sakini, 53 yaşlı Rafiq Musa oğlu Kərimov hadisə yerində həyatını itirib. Onun oğlu, 21 yaşlı Xəyal Rafiq oğlu Kərimov isə müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Daha bir yol-nəqliyyat hadisəsi Göyçay şəhərində baş verib. Avtomobilin sürücüsü Rəşad Fərzəliyev maşını geri hərəkət etdirərkən piyada, 1954-cü il təvəllüdlü Almaz Məmmədovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
DİN-in mətbuat xidmətinin şəki regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Mingəçevirdə isə avtobus 14 yaşlı yeniyetməni vurub. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Şəhərarası marşrut üzrə işləyən avtobuslardan biri yolu keçən 14 yaşlı sakini vurub. Yeniyetmə xəstəxanaya çatdırılıb, ona ilkin tibbi yardım göstərilib.
Hər üç faktla bağlı faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.