ABŞ-ın seçilmiş prezidenti Donald Trump andiçmə gününə qədər 100-dən çox fərman hazırlayır və onları Ağ Evdəki ilk iş günündən imzalamağı planlaşdırır. Bu barədə Associated Press (AP) xəbər verir.Nəşrın yazdığına görə, bunlar arasında sərhəd təhlükəsizliyi, miqrantların deportasiyası və daha əvvəl Trump tərəfindən müəyyən edilən digər siyasi prioritetlər yer alır. Gözlənilir ki, onların əksəriyyəti artıq 20 yanvar tarixində, andiçmə günü qüvvəyə minəcək.Seçilmiş prezidentin müttəfiqləri, Trump-ın tez bir zamanda imzalaya biləcəyi bir sıra fərmanlar hazırlayıblar. Bu fərmanlar, ABŞ ilə Meksika arasında sərhədin bağlanmasından tutmuş, energetika sahəsinin inkişafı, işçi qüvvəsinin istifadəsinə dair federal qaydalar, məktəblərdə gender siyasəti və məcburi peyvəndlərə qədər geniş bir mövzular dairəsini əhatə edir. Bunlar həmçinin seçki kampaniyası zamanı verilmiş digər vədləri də əhatə edir, yazır AP.Məqalədə vurğulanır ki, Trump və onun komandası tərəfindən hazırlanan planlar "müasir dünyada görünməmiş bir zərbə" olaraq qiymətləndirilir, çünki o, ABŞ Konqresinin qanunverici orqanını keçərək, hakimiyyət gücünü birbaşa istifadə etməyə hazırlaşır.Səidə Mustafa
Diqqət Çəkənlər
Keçmiş Gürcüstan prezidenti ölkəni "şimal düşməninin caynaqlarından" qoparacağına söz verib
Birol Akgün Türkiyənin Azərbaycandakı yeni səfiri təyin edilib
Kirbi: Trump yeni sanksiyaları Rusiyaya qarşı yalnız Konqres vasitəsilə ləğv edə bilər