AZ

Colanidən İrana DAHA BİR ZƏRBƏ

Suriyanın yeni hökumətinin rəhbəri Əhməd əş-Şara (əl-Colani) İran-Suriya münasibətlərinə münasibət bildirib.

Medianews.az-ın musavat.com-a istinadla verdiyi xəbərə görə, o, ölkə mediasına verdiyi açıqlamada qeyd edib ki, İran Suriyaya böyük ziyan vurub və “Hizbullah” Suriya xalqında böyük yaralar əmələ gətirib: “Suriya artıq İran silahlarının Livandakı “Hizbullah”a ötürülməsi üçün dəhliz olmayacaq”.

Məlumata görə, Livanın baş naziri Nəcib Miqati ilə Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əş-Şara arasında Dəməşqdə keçirilən görüşün məzmunu ilə tanış olan livanlı mənbələr “Əl-Ərəbiyyə”yə bildiriblər ki, tərəflər ikitərəfli əlaqələr üçün Bəşar Əsəd və atası Hafiz Əsədin yanaşmasından fərqli çərçivədə bir sıra mühüm məsələlərdə razılığa gəliblər.

Seçilən
8
1
medianews.az

2Mənbələr