AZ

Makfol ABŞ şirkətlərinin Rusiya büdcəsinə vergi ödəmək qərarını biabırçılıq adlandırıb

Amerikanın 123 iri şirkətinin Rusiya büdcəsinə 1,2 milyard dollar vergi ödəməsi qərarı tamamilə biabırçılıqdır.

NOCOMMENT.az xəbər verir ki, bu fikri ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol bildirib.

O, amerikalı iş adamlarının qərarlarını dəyişəcəklərinə ümid etdiyini bildirib.

“Doğru olanı etmək hələ də gec deyil”, – Newsweek onun sözlərini sitat gətirir.

Daha əvvəl bildirilmişdi ki, ABŞ şirkətləri 2023-cü ilin sonuna kimi Rusiyada ən böyük xarici vergi ödəyicisi olub. Rusiya büdcəsinə ən böyük töhfəni 220 milyon dollar verən Philip Morris International edib. Həmçinin ilk üçlükdə PepsiCo (135 milyon dollar) və Mars (99 milyon dollar) yer alır.

Seçilən
20
nocomment.az

1Mənbələr