Diyetoloqlar xəbərdarlıq edir ki, kəsmik ilə müəyyən qidaların birləşməsi sağlamlıq problemlərinə səbəb ola bilər.
Medianews.az lent.az-a istinadla sizə kəsmiyi hansı məhsullarla birləşdirməyin qəti qadağan olduğunu və onu nə ilə yeyə biləcəyinizi təqdim edir:
Kəsmik xama, qoz-fındıq, xiyar, göyərti və ədviyyatlarla yaxşı gedir.
Kəsmiyi ət, balıq və yumurta ilə birləşdirməməlisiniz, çünki bu, həzm problemlərinə səbəb ola bilər.
Həmçinin kəsmiyə şəkər əlavə etməyin. Çünki kəsmikdə laktoza – süd şəkəri var.
Şəkərlə kəsmik yemək şəkər xəstəliyinə tutulma riskini artırır.
Bundan əlavə, qəhvə ilə kəsmik içməməlisiniz. Bu içki kalsiumun sorulmasını pozur.