Yəmənin Bəyda əyalətində husi üsyançı Ənsar Allah hərəkatının nəzarəti altında olan yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
Bu barədə TASS-a istinadən xəbər verilir.
Hadisə nəticəsində azı 15 nəfər ölüb, onlarla insan yaralanıb.
Məlumata görə, Əz-Zaher bölgəsinin Əl-Məcriş rayonunda dörd yanacaqdoldurma qurğusu partlayıb. Xəsarət alanların sayı 70 nəfəri ötüb, onlar tibb müəssisələrinə yerləşdiriliblər.
Əs-Təvra xəstəxanası çoxlu sayda itki ilə əlaqədar yerli sakinləri qan verməyə çağırıb.
Mənbə: oxu.az