Türkiyəli aktrisa Şebnem Dönmez şəxsi həyatı ilə bağlı ilk dəfə paylaşım edib.
Axşam.az xəbər verir ki, 50 yaşlı aktrisa 10 ildən sonra eşqi tapdığını etiraf edib.
"Çox xoşbəxtəm, 10 il sonra eşqi tapdım Mehmet Yaygınla avqust ayında tanış olduq. Terapevtdir" deyə, aktrisa yerli mediaya açıqlamasında bildirib.
Qeyd edək ki, Şebnem 2007-ci ildə aktyor Ezel Akaydan boşanıb. Aktrisa son olaraq "Kızılcık şerbeti" serialında "Heves"ə həyat verib.