AZ

“SpaceX” daşıyıcı raketin yeddinci sınaq buraxılışını təxirə saldı

“Starship” kosmik gəmisinin prototipi ilə nəzərdə tutulan yeddinci sınaq uçuşu yanvarın 15-də keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə “SpaceX” şirkəti açıqlama yayıb. “Yanvarın 15-də, çərşənbə günü, "Starship"in yeddinci sınaq uçuşunu reallaşdırmağı planlaşdırırıq”, – deyə şirkət "X" sosial şəbəkəsində qeyd edib.

 

Bundan əvvəl uçuşun yanvarın 13-də baş tutacağı bildirilmişdi.

 

"SpaceX" yeddinci sınaq buraxılışı çərçivəsində əhəmiyyətli dizayn yenilikləri ilə təchiz edilmiş yeni prototipi Yerə yaxın orbitə göndərməyi planlaşdırır. Bu dəfəki sınaq uçuş proqramı əvvəlkilərlə müqayisədə daha genişmiqyaslı olacaq.

 

Şirkətin planlarına əsasən, "Starship" kosmik sistemi çoxfunksiyalı olacaq və müxtəlif missiyalara uyğunlaşdırılacaq. Bu sistem Yer orbitində insanlı uçuşlar, peyklərin buraxılışı, eləcə də Ay və Marsa, hətta daha uzaq kosmik məkanlara missiyalar üçün nəzərdə tutulub.

 

Layihəyə əsasən, kosmik sistemin ümumi hündürlüyü 121 metrdir (gəmi - 50 m, gücləndirici - 71 m), diametri isə 9 metrdir. Sistem 100-150 ton yük qaldırma qabiliyyətinə malikdir.

Seçilən
16
34
modern.az

10Mənbələr