AZ

Gənc mühəndisin MÜƏMMALI ÖLÜMÜ – FOTO

“Roketsan” mühəndisi Yusuf Serdar Yücelin ölümünün arxasındakı suallara yenisi əlavə edilib.

Medianews.az milli.az-a istinadən xəbər verir ki, 25 yaşlı mühəndisin mobil telefonu yoxlanılıb. Bu zamanı məlum olub ki, o, ölümündən bir müddət əvvəl internetdə “həyat sonlandırma üsulları” və “qısa zamanda ölümə səbəb ola biləcək maddələr” haqqında araşdırmalar aparırmış.

“Roketsan”da proqram mühəndisi işləyən və günlərdir ondan xəbər alınmayan 25 yaşlı Yusuf Serdar Yücel yanvarın 3-də Ankaranın Yenimahalle qəsəbəsindəki evində ölü tapılıb. Araşdırmalar zamanı məlum olub ki, gənc mühəndis natrium nitrat içib.

Bildirilib ki, Yücelin cansız bədəninə baxış zamanı döyülmə və ya buna bənzər hər hansı əlamət aşkar edilməyib. Qətl izi olmadığı və sözügedən evə heç bir məcburi girişin olmadığı bildirilib.

Gənc mühəndisin təqaüdçü polis atası Ahmet Yücel oğlunun cəsədini xəstəxanada keçmiş həmkarları ilə birlikdə müayinə etdiyini bildirib. Ahmet Yücel “Gördüyümüz izlərdən hesab edirik ki, oğlumu diz çökdürüblər, başına silah dayayaraq zərərsizləşdiriblər, sonra isə torba ilə boğaraq bir maddə ilə zəhərləyiblər. Üzərində ləkələr var idi. Üzü və çiyinlərindəki təzyiq izləri, sağ ayağı və sağ əli hadisənin baş verdiyi yeri göstərdi. Bu prosesdə rəsmi orqanlardan dəstək ala bilmirəm, oğlumun ölümü ilə bağlı dezinformasiya və sübutları gizlətmək cəhdlərindən şikayətlənirəm”, – deyib.

Gənc mühəndisin <span style=color:red>MÜƏMMALI ÖLÜMÜ - FOTO

Seçilən
4
4
medianews.az

5Mənbələr