AZ

Varlıları məhv edin və izi itirin: Məşhurların malikanələrini kül edən yanğınla bağlı İLGİNC İDDİA

Los-Ancelesi bürüyən yanğınlar bir çox sui-qəsd nəzəriyyələrinin yaranmasına səbəb olub.

Tramp tərəfdarları demokratlardan tutmuş bərabər hüquqlar tərəfdarlarına, nəsli kəsilməkdə olan növlər qoruyanlara qədər hər şeyi, hər kəsi günahlandırırlar. Hollivud ulduzları şəhərdə yanğın törədənlərin fəaliyyət göstərməsindən şübhələnirlər.

Bu arada “TikTok”-da yanğınların reper P.Diddinin göstərişi ilə törədildiyi versiyası yayılır. Iddia olunur ki, o və digər məşhurlar bu yolla yeraltı tunellərində etdikləri vəhşilikləri gizlətdiblər.

“Cebheinfo.az” xəbər verir ki, yanğınlar Hollivud məşhurlarının malikanələrini məhv edir.

Yanğın sönməmiş iddialar başlayıb

Los-Ancelesə bir neçə tərəfdən yaxınlaşan meşə yanğınları artıq 10 mindən çox binanı məhv edib, insan tələfatı var. Son məlumata görə, 16 nəfər ölüb. Şəhərin kənarındakı yüksək səviyyəli Pacific Palisades məhəlləsi demək olar ki, tam yanıb.

Zərərçəkənlər arasında çoxlu məşhurlar da var. Yanğın Paris Hiltonun malikanəsini dağıdıb, “Ulduz müharibələri”nin ulduzu Mark Hamill və “Dəmir adam” və

“Böyük Lebowski” filmlərində rol alan aktyor Ceff Bricsin evlərini məhv edib. Mel Gibson Co Roqanın podkastını yazdırıb qayıdanda milyonlu evinin kül olduğunu görüb.

Şəhər xidmətləri yanğının öhdəsindən gələ bilmir. Su ilə təmin edən yanğın hidrantı sistemi, sadəcə olaraq, eyni vaxtda bir çox yanğını idarə etmək üçün nəzərdə tutulmayıb. Aydın məsələdir, bir-iki ev deyil, bütöv bir məhəllə yananda su qıt olur.

Yanğının yayılmasına Kaliforniyada payız və qış aylarında əsən mövsümi Santa Ana küləyi kömək edir. Sakit okean sahillərinə çox isti və quru hava gətirir. Bu il Santa Ana küləkləri qeyri-adi dərəcədə güclüdür, sürəti saniyədə 44 metrə çatır.

Hollivud elitası hədəfdə?

Bir neçə gündür ki, Hollivud qrup çatlarında qəsdən yanğın törədənlər haqqında şayiələr dolaşır. Sui-qəsd nəzəriyyəçiləri bir neçə mümkün motivdən danışırlar.

Bəziləri yanğın törədənləri Amerikanın ən nifrət etdiyi sığorta şirkətinin rəhbərinin “dərsini verən” Luici Mangione ilə müqayisə edirlər. Onlar hesab edirlər ki, yanğının törədilməsi  Hollivud elitasının sərvətinə nifrətdən irəli gəlir. Digərləri eko-terrorçuların günahkar olmasından şübhələnirlər.

Artıq bir neçə məşhur aktyor sosial şəbəkələrdə yanğın törədənlərlə bağlı danışıb. Bu barədə “Xoşbəxt Günlər” serialı ilə tanınan aktyor Harri Vinkler, “Soyuq ürək” filmində yer alan  aktyor Coş Qad və “İnkişaf” serialında rol alan aktrisa İvet Nikol Braun yazıb.

Əvvəlcədən məlum idi?

Məşhur podkaster Co Roqan hələ dekabr ayında rejissor Quentin Tarantino ilə müsahibə zamanı yanğının olacağını proqnozlaşdırmışdı. Onun sözlərinə görə, bu barədə ona hansısa yanğınsöndürən məlumat verib:

"Bir gün külək olarsa və yanğın tam lazım olduğu yerdə başlayarsa, bütün Los-Ancelesi okeana qədər yandıracaq. Onu dayandırmaq üçün heç bir şey edə bilməyəcəyik”.

Yanvarın 9-da yanğın törətməkdə şübhəli bilinən şəxs Los-Ancelesdə həbs edilib. Şəhərin rayonlarından birində yaşayan sakinlər küçədəalov qurğusu ilə silahlanmış şübhəli kişini görüblər. Onun əllərini özləri bağlaıblar, sonra polisə müraciət ediblər.

Saxlanılan şəxsin 30 yaşlı evsiz kişi olduğu üzə çıxıb. Onun yanğının yayılmasında əli olması hələ ki, təsdiqini tapmayıb. Göründüyü kimi, onun əlində olan böyük bir sarı qaz balonu şübhə yaradıb.

Sığorta şirkətləri yanğın olacağını bilib

Digər məşhur sui-qəsd nəzəriyyəsi sığorta şirkətlərinin Los-Ancelesdə baş verəcək yanğınlar barədə əvvəlcədən məlumatlı olmasıdır. 2024-cü ildə ABŞ-nin əsas sığortaçıları şəəhrin bir neçə bölgəsində kütləvi şəkildə əmlakları sığortalamaqdan imtina ediblər. Elə yerlər var ki, orada sakinlər yalnız dövlət sığortasına arxalana bilərlər. Özəl şirkətlər onlarla məşğul olmaqdan imtina ediblər.

Məşhulara iddia

Əsasən “TikTok”-da yayılan növbəti sui-qəsd nəzəriyyəsi Los-Ancelesdəki yanğınlarda reper Pi Diddini günahlandırılmasıdır. 2024-cü ilin sentyabrında o, cinsi təcavüz, insan alveri və reketlik ittihamı ilə həbs olunub, lakin sui-qəsd nəzəriyyəçilərinin fikrincə, bu, onun bacardığı yeganə şey deyil. 

Sui-qəsd nəzəriyyəçiləri iddia edir ki, onun evindən gizli tunellər tapılıb.  Onlardan biri Playboy malikanəsinə aparırdı.

“Yanğınlar bu izləri örtmək üçün törədilib”,-deyə onlar iddia edirlər.

Onlar hesab edirlər ki, digər məşhurların evləri də eyni səbəbdən yanıb. Başqa sözlə, Hollivud elitası öz “pis əməllərinin” izlərini məhv etmək üçün yanğın törədib.

Yanğında kül olan evlər arasında ABŞ-nin, Türkiyənin, digər ölkələrin məşhur sənətçilərinin, siyasətçilərinin hər birinin dəyəri on milyonlarla dollar olan malikanləri də var.

Seçilən
13
cebheinfo.az

1Mənbələr